Hakimi təhqir edən baş məşqçinin cəzası azaldıldı


İdman 18 Okt 2019 17:42:00 358 0

Hakimi təhqir edən baş məşqçinin cəzası azaldıldı

2 oyunluq diskvalifikasiyaya məruz qalmışdı.

Roma klubunun baş məşqçisi Paulo Fonsekanın İtaliya Futbol Federasiyası tərəfindən

Goal.az xəbər verir ki, Roma-nın etirazı səbəbindən İtaliya Futbol Federasiyası məsələyə yenidən baxıb və portuqaliyalı mütəxəssisin cəzası 1 oyuna endirilib.

Cəzaya Fonsekanın A Seriyasının 7-ci turu çərçivəsində keçirilən Cagliari ilə oyundan sonra qarşılaşmanın baş hakimini təhqir etməsi səbəb olmuşdu. 

Xatırladaq ki, Roma – Cagliari matçı 1:1 hesabı ilə başa çatıb. Sözügedən oyunda referi romalıların hücumçusu Nikola Kaliniçin son dəqiqələrdə vurduğu qolu öncə qeydə alsa da, bir qədər sonra onu ləğv etmişdi. Bunu böyük qəzəblə qarşılayan Fonseka isə hakimlərə çox sərt şəkildə etirazını bildirmişdi.