Futbolçuların evlərini qarət edən banda tutuldu


İdman 18 Okt 2019 16:09:00 343 0

Futbolçuların evlərini qarət edən banda tutuldu

İspaniya polisi futbolçuların evlərini qarət edən bandanı zərərsizləşdirib.

Goal.az xəbər verir ki, əməliyyat nəticəsində 4 nəfər həbs edilib. Polis əməliyyatı Madriddə Toledoda aparıb. Hıbs olunanlardan biri 2007-ci ildə zorakılığa görə ittiham olunub.

Banda Real-ın və Atletico-nun futbolçularının – Kazemiro, İsko, Moratanın mənzillərini qarət edib. Onların əməllərindən Real-ın baş məşqçisi Zinəddin Zidan da zərər çəkib.

Banda üzvləri Atletico-nun futbolçusu Tomas Parteyunun mənzilini iki dəfə qarət edib.