Messi çox yeməkdən özünü zorla saxlayır


İdman 18 Okt 2019 15:53:00 351 0

Messi çox yeməkdən özünü zorla saxlayır

Barcelona-nın futbolçusu Lionel Messi qida rasionu barədə danışıb.

Goal.az xəbər verir ki, Messi çox yeməkdən özünün zorla saxladığını bildirib. O, şirin qidaları xoşladığını da etiraf edib:

"Mənim sevdiyim bütün yeməklər adi qidalardır. Qızardılmış yeməklərə meyilliyəm. Qidada zəif nöqtəm? Şokolad, karamel və dondurma. Demək olar ki, bütün şirin qidaları sevirəm. Düzdür, çox yeməməyə çalışıram, amma buna riayət etmək də çətindir. Ancaq nə edim, şirin qidaları sevirəm”.