Futbolçunu 10 kq doşaba transfer etdilər


İdman 18 Okt 2019 14:30:00 356 0

Futbolçunu 10 kq doşaba transfer etdilər

Türkiyə futbolunda daha bir maraqlı transfer həyata keçirilib.

Goal.az "Hürriyət"ə istinadən xəbər verir ki, həvəskarlar liqasında mübarizə aparan Aladağ klubu Oktay Karakanı 10 kq doşaba transfer edib.

Maliyyə problemləri yaşayan klub 35 yaşlı yarımmüdafiəçinin transferi üçün futbolçuya təmsil etdikləri Adanada istehsal olunan ardıc doşabı təklif edib və Karakan da buna razı olub.

Tərəflər 1 illik müqaviləyə imza atıblar. Təqdimat mərasimində futbolçuya çatacaq 10 kq doşab da təqdim olunub.