Ermənistan millisinin baş məşqçisi istefa verdi


İdman 18 Okt 2019 13:20:00 364 0

Ermənistan millisinin baş məşqçisi istefa verdi

Futbol üzrə Ermənistan millisinin baş məşqçisi Armen Gyulbudaqyants istefa verib.

Goal.az-ın Ermənistan Futbol Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, bu barədə 53 yaşlı mütəxəssisin özü açıqlama verib. O, səbəb kimi yığmanın AVRO-2020-nin final mərhələsinə vəsiqə qazanmamasını göstərib.

Qeyd edək ki, Armen Gyulbudaqyants 2018-ci ildən Ermənistan yığmasına rəhbərlik edirdi. AVRO-2020-nin seçmə mərhələsində J qrupunda yer alan yığma 8 oyundan sonra 10 xalla üçüncü pillədə qərarlaşır.