Sarri Juventus-un məşqini dronla çəkdirir


İdman 18 Okt 2019 11:12:00 312 0

Sarri Juventus-un məşqini dronla çəkdirir

Juventus-un baş məşqçisi Mauritsio Sarri məşq zamanı drondan istifadə edir.

Goal.az xəbər verir ki, komandanın məşqləri dron vasitəsilə çəkilir. Sarri daha sonra həmin videomateriala baxaraq təhlil aparır. 60 yaşlı mütəxəssis oyunçuların səhvlərinin və çatışmazlıqlarının yuxarıdan daha yaxşı göründüyünü düşünür. Maraqlıdır ki, Empoli, NapoliChelsea-də çalışarkən də eyni metoddan istifadə edib.

Qeyd edək ki, Mauritsio Sarri cari mövsümün əvvəlində Juventus-un "sükanı arxası"na keçib.