Mane Salahla arasında yaşanan anlaşılmazlıqdan danışdı


İdman 17 Okt 2019 17:43:00 316 0

Mane Salahla arasında yaşanan anlaşılmazlıqdan danışdı

İngiltərənin Liverpool klubunun hücumçusu Sadio Mane bir müddət əvvəl komanda yoldaşı Məhəmməd Salahla aralarında yaranan problemlə bağlı danışıb:

Goal.az xəbər verir ki, seneqallı hücumçu, açıqlamasındı bunun anlaşılmazlıq olduğunu qeyd edib:

“Bu, anlaşılmazlıq idi. Sadəcə komandaya kömək etmək istədim. Manchester City kimi komandalara fikir verirəm, bəzən bir oyunda 5-6 qol vururlar. Düşünürəm ki, qarşılaşmada daha çox qol vurmaq mümkündürsə, bunu etməliyik. Həmin oyunda da bu məsələyə görə məyus oldum. Salahla danışdıq və hazırda hər şey əvvəlki kimidir. Bir-birimizlə danışdıqdan sonra baş məşqçi Yurgen Klopp məni yanına çağırdı, mən isə ona artıq məsələnin həll olunduğunu bildirdim. Komanda olaraq hər zaman Salahın yanındayıq, onunla heç bir problemim yoxdur”.

Liverpool-un Burnley ilə oyununda (3:0) Mane ona ötürmə verməyən Salaha sərt reaksiya göstərmişdi.