Maksi Lopezdən tarixi qərar - İkardini bağışladı...


İdman 17 Okt 2019 16:35:00 352 0

Maksi Lopezdən tarixi qərar - İkardini bağışladı...

Futbol dünyasını illərdir məşğul edən Maksi Lopez - Mauro İkardi - Vanda Nara "3-lüy"ündə radikal qərar verilib.

Goal.az xəbər verir ki, ən yaxın dostu İkardi ilə eşq yaşayan həyat yoldaşı ilə boşanan Maksi Lopez İkardini bağışladığını açıqlayıb.

Hazırda PSG-də forma geyinən Mauro İkardi Sampdoria-da oynayarkən komanda yoldaşı Maksi Lopezin həyat yoldaşı Vanda Nara ilə sevgi münasibəti yaşamış və daha sonra Nara Lopezlə boşanaraq, İkardi ilə evlənmişdi.

maxi lopez wanda nara ile ilgili görsel sonucu

İllərdir futbol dünyasında danışılan bu münasibətlə bağlı son açıqlama Maksi Lopezdən gəlib.

Argentinalı forvard açıqlamasında İkardini bağışladığını bildirib: "Həyatım boyunca xoşbəxt olmağa və xoşbəxtliyə bağlı yaşam tərzi seçməyə üstünlük verdim. Vanda ilə evliliyim uğursuz olsa da, onun sayəsində ata oldum. Həyat davam edir və mən belə yaşamağı seçdim, enerji və xoş xatirələrlə. Məncə, bu ən yaxşısıdır. Hər kəsin həyatı boyunca üzləşdiyi problemlər və onların nəticələri olur. Ancaq həyatınız bu problemlərin öhdəsindən necə gəlməyinizdən asılı olaraq dəyişir".

İkardi ilə problemi olmadığını bildirən Lopez, "İkardini bağışlamışam, onunla heç bir problemim yoxdur. Həyatdakı məqsədim, futbolla yanaşı yaxşı insan olmaq və uşaqlarımla xoşbəxt olmağa çalışmaqdır. Keçmiş geridə qalıb. Uzun müddət əvvəl bağladığım bu səhifə artıq məni pis etmir". 

Qeyd edək ki, Vanda Nara Maksi Lopezdən boşandıqdan sonra İkardi ilə evlənib və cütlüyün 1 övladı var. 

maxi lopez wanda nara icardi ile ilgili görsel sonucumaxi lopez wanda nara icardi ile ilgili görsel sonucu