23 yaşında karyerasını bitirməli oldu


İdman 17 Okt 2019 16:13:00 315 0

23 yaşında karyerasını bitirməli oldu

Everton klubunun sabiq futbolçusu Kalum Dayson karyerasını bitirib.

Goal.az xəbər verir ki, bu barədə 23 yaşlı hücumçu rəsmi “tvitter” hesabından məlumat yayıb. Daysonun karyerasını bitirməsinə səbəb 2 il əvvəl ayağından ciddi zədələnməsi olub.

“Everton”un yetirməsi olan Kalum, 2015-2018-ci illər aralığında Mersisayd təmsilçisinin gənclər komandasında çıxış edib. İngilis oyunçunun son klubu Plymouth olub. O, avqust ayından bəri işsiz idi.