Əfqanıstanda NATO hərbçiləri həlak olub


Dünya 05 Sen 2019 18:59:00 319 0

Əfqanıstanda NATO hərbçiləri həlak olub

Əfqanıstanın paytaxtı Kabildə iki NATO hərbçisi həlak olub.

Son.az Trend-ə istinadən bildirir ki, ölən hərbçilər Rumıniya və ABŞ-dan olub.

Onların döyüş əməliyyatı zamanı həlak olduğu deyilir. Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

Bu gün Kabildə həmçinin hökumət binalarının, NATO mənzil-qərargahının olduğu ərazidə partlayış törədilib. Bu hadisə nəticəsində 8 nəfər həlak olub.