Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər üçün test imtahanının VAXTI açıqlandı


Digərləri 14 Avq 2019 18:15:00 462 0

Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər üçün test imtahanının VAXTI açıqlandı

Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün növbəti test imtahanının vaxtı açıqlanıb.

Bakı. Elçin Mehdiyev - Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün növbəti test imtahanının vaxtı açıqlanıb. Trend-in məlumatına görə, Vəkillər Kollegiyası ilə Dövlət İmtahan Mərkəzi arasında əldə olunan razılığa əsasən, sentybarın 8-də ixtisas imtahanlarının yazılı test mərhələsinin keçirilməsi nəzərdə tutulub. Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Abdulvahab Salamzadə 28 ünvanında yerləşən kompüter mərkəzində təşkil olunacaq imtahan kompüter vasitəsilə- elektronlaşdırılmış qaydada həyata keçiriləcək. İmtahanda 245 namizəd iştirak edəcək.