"EYOF Baku-2019" yarış məkanlarında 7 nəfərə təcili tibbi yardım göstərilib


Digərləri 24 İyl 2019 09:02:00 211 0

"EYOF Baku-2019" yarış məkanlarında 7 nəfərə təcili tibbi yardım göstərilib

"Olimpiya Gənclər Festivalı 2019" məkanlarında növbətçilik çəkən Təcili Tibbi yardım briqadalarına idmançılar tərəfindən ümumilikdə 7 müraciət olub.

Bakı. İlhamə İsabalayeva - "Olimpiya Gənclər Festivalı 2019" məkanlarında növbətçilik çəkən Təcili Tibbi yardım briqadalarına idmançılar tərəfindən ümumilikdə 7 müraciət olub. Səhiyyə Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, müraciətlərdən 6-sı xırda travmalarla əlaqəli olduğundan həkimlər idmançılara yerində yardım ediblər. 15 yaşlı macarıstanlı idmançı sağ qaşüstü nahiyəsinin kəsiyi diaqnozu ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Yardım edildikdən sonra xəstəxanadan buraxılıb.