Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb (FOTO/VİDEO)


Digərləri 23 İyl 2019 16:12:45 317 0

Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb (FOTO/VİDEO)

NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərmək məqsədilə Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.

Bakı. NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərmək məqsədilə Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb. Bu barədə Trend Müdafiə Nazirliyinə istinadən xəbər verir. Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb. Hazırda Azərbaycan Ordusunun 120 hərbi qulluqçusu, 2 hərbi həkimi və 6 qərargah zabiti olmaqla Əfqanıstandakı missiyada iştirak edir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin