Stoltenberq: NATO-da Türkiyənin alyansdan çıxarılması fikri səsləndirilməyib


Digərləri 18 İyl 2019 10:04:03 342 0

Stoltenberq: NATO-da Türkiyənin alyansdan çıxarılması fikri səsləndirilməyib

NATO-da Türkiyənin alyansdan çıxarılması fikri səsləndirilməyib

Bakı. NATO Baş katibi Yens Stoltenberq bildirib ki, üzv ölkələrdən heç biri S-400 zenit-raket komlekslərinin alınması ilə bağlı Türkiyənin alyansdan çıxarılması məsələsini qaldırmayıb. Trend-in məlumatına görə, Baş katib əlavə edib ki, Türkiyə alyansın vacib üzvüdür. O qeyd edib: "Alyansa üzv ölkələrdən heç biri Türkiyə ilə bağlı belə bir fikir heç vaxt qaldırmayıb, çünki biz hamımız başa düşürük ki, bir-birimizdən asılıyıq".