Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası proqramı çərçivəsində işçi görüşü keçirilir (FOTO)


Digərləri 10 İyl 2019 09:51:00 235 0

Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası proqramı çərçivəsində işçi görüşü keçirilir (FOTO)

Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası proqramı çərçivəsində işçi görüşü keçirilir

Bakı. NATO-nun Tərəfdaşlıq İdarəsinin təşkilatçılığı ilə Bakıda Əməliyyat İmkanları Konsepsiyasının Qiymətləndirmə və Rəy proqramı (ƏİK) çərçivəsində Azərbaycan Respublikasında ƏİK Məlumatlar Bazası proqram təminatının yenilənməsi üzrə işçi görüşü keçirilir. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirin əsas məqsədi ƏİK Qüvvələr Birliyinə bəyan edilmiş bölmələrin qiymətləndirilməsində istifadə olunan ƏİK Məlumat bazası proqram təminatının yenilənməsi və təkmilləşdirilməsi üzrə yeni təkliflərin müzakirə olunmasıdır. İyulun 11-dək davam edəcək tədbirdə 7 NATO və 6 tərəfdaş ölkə olmaqla 13 ölkədən 21 nümayəndə iştirak edir. Qeyd edək ki, Azərbaycan 2004-cü ildən ƏİK proqramına qoşulub. Ölkəmiz hazırda ƏİK Ortaq Qüvvələr Birliyinə bir tabor, bir kəşfiyyat bölüyü, HHQ-nin Mİ-17 helikopter cütlüyü və HDQ-nin Göyərtə Qrupunu bəyan edib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin