NATO-nun ekspert qrupu Azərbaycanda səfərdədir


Digərləri 09 İyl 2019 15:58:57 197 0

NATO-nun ekspert qrupu Azərbaycanda səfərdədir

Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO-nun ekspert qrupu ilə xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin professor-müəllim heyəti arasında görüş keçirilir.

Bakı. Azərbaycan Ordusunun Hərbi təhsil sisteminin inkişafına dəstək üzrə Azərbaycan-NATO birgə fəaliyyət planına uyğun olaraq, Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı (DEEP) çərçivəsində Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO-nun ekspert qrupu ilə xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin professor-müəllim heyəti arasında görüş keçirilir. Bu barədə Trend-ə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Qeyd edilir ki, iyulun 10-dək davam edəcək tədbirdə NATO-nun ekspert qrupu tərəfindən distant təhsilinin prinsipləri, onun platformasının və təhsil modullarının yaradılmasına dair təqdimatlar verilir və praktik məşğələlər keçirilir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin