"Alf" serialının ulduzu vəfat etdi
Digərləri 28 İyn 2019 07:28:00 286 0
Aktyor Maks Rayt 75 yaşında ABŞ-ın Kaliforniya ştatında dünyasını dəyişib.
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, aktyor uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkirmiş.
Qeyd edək ki, M. Rayt 1986-1990-cu illərdə "NBC" telekanalında yayımlanan "Alf" serialındakı ailə başçısı obrazı ilə məşhurlaşmışdı. Bundan əlavə, o, "Kölgə", "Yay gecəsində yuxu" filmlərində, eləcə də "Dostlar" serialında rol almışdı.
Mənbə: milli.az