Portuqaliya Avropa Şurasının korrupsiya səviyyəsinin azaldılmasına dair tövsiyələrinə məhəl qoymur


Digərləri 28 İyn 2019 04:30:00 260 0

Portuqaliya Avropa Şurasının korrupsiya səviyyəsinin azaldılmasına dair tövsiyələrinə məhəl qoymur

Avropa Şurası Portuqaliyanın hakimiyyət orqanlarını artıq tənqid edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Portuqaliya Avropa Şurasının ölkədə korrupsiya səviyyəsinin azaldılması istiqamətində göstərişlərini yerinə yetirməyən ölkələr siyahısındadır.

Hesabatda deyilir ki, Avropa Şurasının tövsiyələrinin 73 faizi 2018-ci ilin sonuna qədər yerinə yetirilməyib.

Portuqaliya bu göstəriciyə görə Türkiyə (70 faiz), Serbiya (59 faiz), Rumıniya (44 faiz), Belçika (42 faiz) və Xorvatiyadan (39 faiz) geri qalır. Avropa Şurası xüsusi ağır cinayətlərə qarsı mübarizə tədbirləri olmadığına görə də Portuqaliya hökumətini tənqid edib.