Çavuşoğlu: NATO Türkiyəni müdafiə edə bilmir, ona görə Rusiyadan S-400 alırıq


Digərləri 14 İyn 2019 12:05:00 222 0

Çavuşoğlu: NATO Türkiyəni müdafiə edə bilmir, ona görə Rusiyadan S-400 alırıq

NATO Türkiyəni müdafiə etmək iqtidarında deyil, ona görə Rusiyadan S-400 alırıq

Bakı. Rufiz Hafizoğlu - NATO Türkiyəni müdafiə etmək iqtidarında deyil, ona görə də Ankara Rusiyadan S-400 zenit raket kompleksləri alır. Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son bəyanatı S-400 zenit-raket komplekslərinin Rusiyadan alınması məsələsində nöqtəni qoyub. Türkiyəli lider Rusiyadan alınan S-400-lərin artıq iyulda ölkəyə gətiriləcəyini bəyan edib.