Stoltenberq: "Rusiya NATO üçün əsas təhlükədir"


Dünya 10 İyn 2019 17:32:00 229 0

Stoltenberq: "Rusiya NATO üçün əsas təhlükədir"

NATO-nun Baş katibi Yens Stoltenberq Rusiyanın hərbi blok üçün əsas təhlükə adlandırıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu fikri o, Serbiyanın "Siyasət" qəzetinə müsahibəsi zamanı səsləndirib.

Baş katib deyib: "Danılmazdır ki, uzun illərdir təhlükəsizlik sahəsində gözlənilməz vəziyyətlərlə qarşı-qarşıya dayanmışıq. Bunlar Rusiyanın daha aqressiv siyasəti, kibertəhlükəsizlik, hibrid təhlükələr, Yaxın Şərq və Şimali Afrikada qeyri-sabitlik və davam edən terror təhlükəsidir".