Litvada NATO təlimləri başlayıb


Digərləri 09 İyn 2019 05:10:00 242 0

Litvada NATO təlimləri başlayıb

Litvada 10 ölkədən 4 minədək hərbi qulluqçunun iştirakı və min vahiddən çox hərbi texnikanın cəlb edildiyi “Gelezinis Vilkas” irimiqyaslı manevrlər başlayıb

Bakı. Litvada 10 ölkədən 4 minədək hərbi qulluqçunun iştirakı və min vahiddən çox hərbi texnikanın cəlb edildiyi “Gelezinis Vilkas” irimiqyaslı manevrlər başlayıb. Trend-in məlumatına görə, bu barədə Litva ordusunun komdandalığı bildirib. Məlumata əsasən, təlimlərdə Litva Silahlı Qüvvələrinin bölmələri, eləcə də NATO müttəfiqlərinin şəxsi heyəti və texnikası iştirak edir. Məqsəd bütün bu qüvvələrin və vasitələrin döyüş missiyalarını effektiv planlaşdıra və həyata keçirə bilən tək döyüş sisteminə inteqrasiyasıdır. Təlimlərdə Litva hərbiçiləri ilə yanaşı, Belçika, Böyük Britaniya, Almaniya, Danimarka, Niderland, Norveç, Polşa, ABŞ, Çexiya və Estoniyanın hərbi qulluqçuları iştirak edirlər. Onların bir hissəsi NATO-nun Litvada toplu batalyonuna daxildir.