Brüsseldə Azərbaycanla NATO arasında əməkdaşlıq müzakirə edilib


Siyasət 15 May 2019 19:17:00 231 0

Brüsseldə Azərbaycanla NATO arasında əməkdaşlıq müzakirə edilib

Brüsseldə Azərbaycan Respublikası ilə NATO arasında "Planlaşdırma və Analiz Prosesi" sənədinin müzakirəsi üzrə "29+1" formatında görüş keçirilib.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, görüşdə bu sənəd çərçivəsində Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumları tərəfindən icra edilən tərəfdaşlıq məqsədləri və öhdəlikləri, eləcə də digər məsələlər müzakirə olunub.