Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə keçirilən IV SOCAR Forumu başa çatdı


Digərləri 25 Apr 2019 12:34:00 263 0

Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə keçirilən IV SOCAR Forumu başa çatdı

Bakıda SOCAR-ın dəstəyi, Bakı Ali Neft Məktəbinin və Böyük Britaniyanın "Confidence Capital" şirkətinin təşkilatçılığı ilə keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş 4-cü SOCAR Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neft-kimya" Forumu başa çatdı.

İştirakçılara Xəzər regionu və Mərkəzi Asiyada neft-qaz sənayesinin başlıca inkişaf istiqamətləri, eləcə də ticarət, logistika, neft emalı və neft-kimya sahələrində ən böyük beynəlxalq layihələr barədə informasiya mübadiləsi, habelə region ölkələrindən olan həmkarlar və tərəfdaşlarla birgə mövcud əməkdaşlığın möhkəmlənməsi və yeni işgüzar əlaqələrin qurulması üçün geniş imkanlar təqdim edən Forumda dünyanın 20-dən artıq ölkəsindən olan müxtəlif şirkətləri təmsil edən 300-ə yaxın mütəxəssis iştirak edib. Forumda, eləcə də Forum çərçivəsində keçirilmiş Xəzər və Mərkəzi Asiya regionlarının emal və neft-kimya sənayesi - layihələr və texniki həllər mövzusunda konfransda      40-a yaxın prezentasiya və məruzələr təqdim olunmuş, həmçinin qonaqların SOCAR Karbamid, SOCAR Metanol, SOCAR Polimer zavodlarına və Səngəçal Neft Terminalına səfərləri təşkil olunmuşdur.