SOCAR karbamid ixracı planları barədə


Digərləri 24 Apr 2019 17:34:00 237 0

SOCAR karbamid ixracı planları barədə

SOCAR karbamid zavodunda istehsal olunan məhsulun 95 faizini xaricə tədarük etməyi planlaşdırır

Bakı. Sara İsrafilbəyova - SOCAR karbamid zavodunda istehsal olunan məhsulun 95 faizini xaricə tədarük etməyi planlaşdırır. Trend-in məlumatına görə, bunu zavodun beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Səid Hüseynov Bakıda SOCAR-ın IV beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neft-kimya" forumu çərçivəsində keçirilən Xəzər və Mərkəzi Asiya Regionlarının Emal və Neft-kimya Sənayesi – Layihələr və Texniki Həllər konfransında deyib.