BDU və SOCAR Capital birgə konfrans keçirib (FOTO)


Digərləri 18 Apr 2019 20:56:00 367 0

BDU və SOCAR Capital birgə konfrans keçirib (FOTO)

Bakı Dövlət Universitetində SOCAR istiqrazları və “İqtisadiyyat 2.0” mövzusunda konfrans keçirilib.

Bakı. Bakı Dövlət Universitetində SOCAR istiqrazları və “İqtisadiyyat 2.0” mövzusunda konfrans keçirilib. Universitetdən Trend-ə verilən məlumata görə, BDU və SOCAR Capitalın birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rektor Elçin Babayev SOCAR-ın fəaliyyətindən, həyata keçirdiyi yerli və beynəlxalq səviyyəli layihələrdən danışıb, qurumun həm də elmi-tədqiqat işləri ilə məşğul olan şirkət kimi çoxşaxəli işlər gördüyünü bildirib. Qeyd edib ki, ölkəmizin günü-gündən qüdrətlənməsi, innovativ inkişaf xətti, yaradılmış münbit şərait üçün Prezident İlham Əliyevə minnətdar olmalıyıq. Rektor innovasiyalar, startaplar və elmi nəticələrin kommersiyalaşdırılmasından danışıb, qısa müddət ərzində regionda həm də elm, təhsil sahəsində liderə çevrilməklə bağlı fikirlərini bölüşüb. BDU-nun SOCAR-la əlaqələrini, bu günlərdə universitetdə keçirilən əmək yarmarkasında şirkətin müxtəlif qurumlarının aktiv iştirakını vurğulayan rektor, konfransın işinə uğurlar arzulayıb və tələbələr üçün faydalı olacağını bildirib.