"Nobel Oil Services" Cənubi Qafqazda neft-qaz sənayesində ilk olaraq sertifikat əldə edib


Digərləri 12 Apr 2019 10:20:00 470 0

"Nobel Oil Services" Cənubi Qafqazda neft-qaz sənayesində ilk olaraq sertifikat əldə edib

Nobel Oil Services uğurlu Komplayens fəaliyyəti çərçivəsində Cənubi Qafqazda neft-qaz sənayesində ilk olaraq ISO 37001:2016 sertifikatını əldə edib

Bakı. "Nobel Oil Services" şirkəti Etika və Komplayensin mühüm hissəsi olan korrupsiyaya qarşı idarəetmə sistemini (ABMS) uğurla tətbiq etməklə ilk dəfə Cənubi Qafqaz regionun neft-qaz sənayesində bu sahədə ilk beynəlxalq standartı olan ISO 37001:2016 sertifikatını əldə edib. ABMS sertifikatı həmin sahədə nəzarət vasitələrinə dair ən qabaqcıl beynəlxalq təcrübəni tətbiq etməklə hər hansı korrupsiya və qeyri-qanuni halların qarşısının alınmasını, aşkar edilməsini və müvafiq tədbirlərinin görülməsini təmin edir. Sertifikat 120 ölkədə 45000-dən artıq müştəriyə xidmət göstərən, Birləşmiş Krallıqda yerləşən Lloyd’s Register Group Limited şirkətinin bir hissəsi olan LRQA tərəfindən aparılmış auditin nəticəsinə əsasən verilib. Bu standartın tətbiqi tənzimləyici təlimat rolu oynamaqla bərabər şirkətə səmərəli idarəetmə sisteminin tətbiq edilməsi və müqayisəli təhlili üçün əhəmiyyətli tələbləri təmin etməyə imkan verir. Şirkət həmin sahədə qeyri-qanuni halların qarşısını almaq üçün məsuliyyəti öz üzərinə götürür və səhmdara, rəhbərliyə, əməkdaşlara, müştərilərə, eləcə də digər aidiyyəti tərəflərə müvafiq addımların atılmasına zəmanət verir. "Nobel Oil Services" şirkətinin Baş İcraçı Direktoru Vüqar Səmədli bildirib: “Əsas korporativ dəyərlərimizdən ilhamlanaraq biznes əməliyyatlarımızda dürüstlüyə və şəffaflığa böyük önəm verməklə Nobel Oil Services şirkətində səmərəli Etika və Komplayens idarəetmə sistemini yaratdıq. Beynəlxalq səviyyədə tanınan qabaqcıl təcrübənin tətbiqi ilə ABMS üzrə auditdən uğurla keçərək Cənubi Qafqazda neft-qaz sənayesində ilk olaraq müvafiq sertifıkatı əldə etdik”.