Avropa dövlətləri NATO öhdəlikləri üçün 102 milyard dollar xərcləməlidir


Dünya 17 Fev 2019 16:50:00 249 0

Avropa dövlətləri NATO öhdəlikləri üçün 102 milyard dollar xərcləməlidir

Avropa NATO qarşısında ÜDM-in 2%-ni ayırmaq barədə sözünü tutmaq üçün öz büdcəsini 100 milyarddan çox artırmalıdır.

Son.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq strateji araşdırmalar institutunun (IISS) hesabatında deyilir.

Hesabata görə, NATO üzvləri 2024-cü ilə qədər öz müdafiə xərclərini 2% artırmalı olacaqlar. Lakin indidən həmin ölkələrin bir çoxunun bu tələbi yerinə yetirə bilməyəcəyi aydın görünür. Məhz bu səbəbdən ABŞ prezidenti Donald Tramp onları tənqid edir.

IISS-in məlumatlarında NATO-nun 27 ölkəsinin qarşıya qoyulan hədəfə çatmaq üçün 102 milyard dollara ehtiyacı olduğu göstərilib.