Bakıda dəhşətli QƏZA:


Digərləri 15 Fev 2019 11:56:29 245 0

Bakıda dəhşətli QƏZA:

Ötən gün Müşfiqabad-Qaradağ yolunda dəhşətli qəza baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə saat 13:00 radələrində qeydə alınıb. Qaradağ istiqamətində hərəkət edən 40-BN-205 dövlət nömrə nişanlı "Niva" markalı avtomobil əks istiqamətdə hərəkətdə olan "Toyota" markalı avtomobil ilə toqquşub.

Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib, "Niva"nın sürücü hadisə yerində dünyasını dəyişib, onun həyat yoldaşı 1975-ci il təvəllüdlü Rəsmiyyə Əşrəf qızı Nəsrullayeva isə təcili tibbi yardımla xəstəxanaya çatdırılıb.

1 Saylı Şəhər Klinik Xəstəxanasından Trend-ə verilən məlumata görə, R.Nəsrullayeva başından zədə alıb. Hazırda vəziyyəti normaldır.

Videonu izləmək üçün şəklə klikləyin: