"Ən gözəl, ağıllı, yeganə xanıma"


Digərləri 15 Fev 2019 11:41:00 353 0

"Ən gözəl, ağıllı, yeganə xanıma"

Qeyri-adi dərəcədə dərrakəli, ən gözəl, ağıllı, yeganə xanıma! Müqəddəs Valentin Gününü təbrik edirəm! Bu, belədir: o, Motauna enir!

Son.az Daily Mail-ə istinadən bildirir ki,  ABŞ-ın sabiq prezidenti, 57 yaşlı Barak Obama xanımını, 55 yaşlı Mişel Obamanı Müqəddəs Valentin Günü münasibətilə belə təbrik edib.

Barak Obamanın İnstagram profilində təbrikinə yarım saat sonra xanımı cavab verib. O, indi 20 yaşı olan Maliya və 17 yaşlı Saşa ilə birlikdə çəkilmiş ailə fotosunu paylaşıb. 2004-cü ildə, Barak Obama İllinoys ştatından Senata seçkilərin nəticələrini gözləyəndə çəkilmiş fotoda Barak və Mişel Obamalar qızlarını qucaqlayıblar.


Xəbərə aid fotolar