“Məhəbbət əfsanəsi” baleti Sankt-Peterburqda nümayiş etdiriləcək


Digərləri 15 Fev 2019 11:37:33 310 0

“Məhəbbət əfsanəsi” baleti Sankt-Peterburqda nümayiş etdiriləcək

Martın 23-də Sankt-Peterburq Dövlət Akademik Mariinski Teatrının “Mariya-2” səhnəsində SSRİ Xalq artisti Arif Məlikovun üçpərdəli “Məhəbbət əfsanəsi” baleti nümayiş olunacaq.

Bakı. Martın 23-də Sankt-Peterburq Dövlət Akademik Mariinski Teatrının “Mariya-2” səhnəsində SSRİ Xalq artisti Arif Məlikovun üçpərdəli “Məhəbbət əfsanəsi” baleti nümayiş olunacaq. Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, Balet Mariinski Teatrında martın 21-dən 31-dək keçiriləcək XVIII Beynəlxalq Balet Festivalı çərçivəsində təqdim ediləcək.