Bakıda avtobus sürücüləri qadını içki məclisində zorladılar


Digərləri 04 Fev 2019 11:19:04 313 0

Bakıda avtobus sürücüləri qadını içki məclisində zorladılar

Bakıda qadını zorlayan avtobus sürücüləri Ali Məhkəməyə kassasiya şikayəti veriblər

.

Son.az ölkə.az-a istinadən bildirir ki, Cinayət Məcəlləsinin zorlama maddəsi ilə məhkum olunan Tacəddin Zeynalov və Camal Tağıyevin məhkəmə prosesi mart ayının 12-də hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçiriləcək.

Xatırladaq ki, 2017-ci ilin iyul ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 30 yaşlı qadını zorlamaqda, qanunsuz həbs etməkdə, seksual xarakterli hərəkətə məcbur eləməkdə təqsirli bilinən Tacəddin Zeynalov 8 il, Camal Tağıyev isə 6 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə 2017-ci ilin dekabrında 4-cü mikrorayon, Mir Cəlal Paşayev küçəsində qeydə alınıb. 30 yaşlı Sahibə Məmmədova (ad və soyad şərti verilib) Nəsimi Rayon Polis İdarəsinə təcavüzə məruz qalması ilə bağlı müraciət edib.