DİQQƏT: İnternetdə 25 milyard istifadəçi hesabı və şifrəsi yayılıb


Digərləri 04 Fev 2019 11:29:00 299 0

DİQQƏT: İnternetdə 25 milyard istifadəçi hesabı və şifrəsi yayılıb

Bu, internet tarixində olmuş ən böyük bu cür məlumat sızıntısıdır

Təhlükəsizlik üzrə tədqiqatçılar müxtəlif sayt və servislərə aid 25 milyard istifadəçi hesabı və onların şifrələri daxil olmaqla 845 GB həcmli opensource məlumat bazası aşkar ediblər. .

Son.az technote-ya istinadən bildirir ki, bu barədə Wired saytı xəbər verib. Sözügedən məlumatlar artıq internetdə yayılıb və onları min dəfədən çox yükləyiblər. Beləliklə, bütün dünya üzrə milyonlarla insan öz istifadəçi hesabları məlumatlarının oğurlanması təhlükəsi altındadır. Oğurlanmış bütün məlumatlar bazası "Collections #2-5" adlanır. O, bu ilin 17 yanvar tarixində aşkar edilmiş "Collection #1" adlı məlumatlar bazasından 10 dəfə böyükdür. Belə ki, 17 yanvar tarixində aşkar edilmiş opensource məlumatlar bazasının ümumi həcmi 87 GB təşkil edirdi və o özündə 773 milyon insanın istifadəçi məlumatlarını birləşdirirdi.

Almaniyadan olan analitiklər sözügedən məlumatlar bazasında dublikatların olub-olmaması üzrə 5 arxivi analiz ediblər və nəticədə onlar 2.2 milyard unikal login-parol cütünü aşkar ediblər. Forbes-in qiymətləndirməsinə əsasən, bu məlumat sızıntısı Yer kürəsindəki hər üçüncü sakinini əhatə edir. Məlumatlar bazasının hər 5 arxivinin analizindən sonra məlum olub ki, oğurlanmış login-parol cütlərinin böyük bir hissəsi daha köhnə məlumat sızıntılarından əldə olunub. Daha köhnə məlumat sızıntısı dedikdə isə hakerlərin vaxtı ikən Yahoo, Dropbox və digər məşhur servisləri hak etdikləri zaman intervalı nəzərdə tutulur. Həmin məlumatlardan bəziləri köhnəlib və artıq aktuallıq daşımırlar. Lakin buna baxmayaraq çoxlu sayda işlək şifrələr qalır.