“Kaspersky Lab” Azərbaycanda Yeni il tətilində uşaqların internetdə nə axtardıqlarını müəyyənləşdirib


Digərləri 04 Fev 2019 11:24:37 297 0

“Kaspersky Lab” Azərbaycanda Yeni il tətilində uşaqların internetdə nə axtardıqlarını müəyyənləşdirib

”Kaspersky Lab” şirkəti müəyyən edib ki, Yeni il bayramı tətilində Azərbaycanda uşaqlar aktiv olaraq vaxtlarını internetdə musiqiyə qulaq asaraq və kino və videoçarxlara baxaraq keçiriblər.

Bakı. ”Kaspersky Lab” şirkəti müəyyən edib ki, Yeni il bayramı tətilində Azərbaycanda uşaqlar aktiv olaraq vaxtlarını internetdə musiqiyə qulaq asaraq və kino və videoçarxlara baxaraq keçiriblər. Şirkətin anonim statistikasına* əsasən, dekabrın sonunda – yanvarın əvvəlində Azərbaycanda multimedia məzmunlu saytların payına uşaqların internetdə bütün fəallıqlarının 46%-i düşüb. Axtarış sorğularının qəti lideri “YouTube” olaraq qalıb. Striminq xidmətlərindən isə gənc istifadəçilər “Spotify” və “Netflix”ə üstünlük veriblər. Eyni vaxtda böyüyən nəslin internet-kommunikasiyalarına olan marağı da dəyişməz olaraq yüksək qalır. “Kaspersky Lab”ın məlumatına görə, Azərbaycanda sosial şəbəkələrin və messencerlərin uşaqların ümumi şəbəkədə aktivliyindəki payı 23% təşkil edib. Gənc istifadəçilər arasında ən populyar sosial şəbəkə “Facebook” olaraq qalmaqdadır. Şəbəkədə multimedia əyləncələri və ünsiyyətdən başqa uşaqlar kompüter oyunlarına da çox vaxt ayırıblar. “Kaspersky Lab”ın mütəxəssislərinin hesablamalarına görə, sözügedən dövr ərzində Azərbaycanda uşaqların şəbəkədəki aktivliyində bu kateqoriyanın payı təxminən 10% təşkil edib. Bir qədər az, lakin nəzərə çarpacaq dərəcədə fəallıqla uşaqlar onlayn alış-verişlə məşğul olublar – elektron ticarət saytlarının payına uşaqların internetdə aktivliklərinin 5%-i düşüb. Axtarış sorğuları onu da göstərib ki, hesabat dövründə uşaqlar internetdə elektronika dükanlarını (məsələn, Maxi.az) və universal alış-veriş saytlarını da fəal arayıb (əsasən, “AliExpress”). Bununla yanaşı uşaqlar Tap.az pulsuz elanlar saytını da fəal olaraq sorğulayıb. İngilis dilində daxil edilən axtarış sorğuları arasında isə “Amazon” və “eBay” kimi nəhəng onlayn-riteylerlər lider mövqedə olub.