"Boşanmağım cavanlıq səhvi oldu"


Şou-biznes 04 Fev 2019 11:15:00 337 0

"Boşanmağım cavanlıq səhvi oldu"

"ATV maqazin onlarla" verilişinin "Onlarla 3 dəqiqə" rubrikasının növbəti qonağı müğənni Xatun Əliyeva olub. 

Son.az axşam.az-a istinadən bildirir ki, sənətçi rubrikanın aparıcısı Ruslan Ağayevin 33 sualını cavablandırıb.  Xatun ona ünvanlanan "Həyat yoldaşından niyə boşanmısan? Ailəlisən? Oğlunu niyə gizlədirsən? Ölüb yerin altına girmək istədiyin an olub? Fatimə, yoxsa Rəqsanə" sözlərinə belə münasibət bildirib: "Cavanlıq səhvi idi. Oğlum sevmir onu tanısınlar. Ailəli deyiləm. Adım bəziləri ilə hallananda ölüb yerin altına girmək istəmişəm. Ailəli deyiləm. Nə Fatimə, nə Rəqsanə". O, "Şou-biznesin ən göyçək rəqqasəsi kimdir" sualına "Oksana" cavabını verib.  Suallara vaxtında cavab verə bilməyən Xatun 10 ifaçını parodiya edib. Onlar arasında xalq artisti Aygün Kazımova, Nazpəri Dostəliyeva, əməkdar artist Tünzalə Ağayeva, müğənni Şəbnəm Tovuzlu və başqaları yer alıb.