Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi NATO-nun toplantısında iştirak edib (FOTO)


Digərləri 16 Yan 2019 11:22:00 424 0

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi NATO-nun toplantısında iştirak edib (FOTO)

Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Belçika Krallığının Brüssel şəhərində NATO-nun mənzil-qərargahında Alyansın Hərbi Komitəsinin “Qətiyyətli dəstək” missiyası formatında Baş Qərargah rəisləri səviyyəsində keçirilən görüşündə iştirak edib.

Bakı. Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Belçika Krallığının Brüssel şəhərində NATO-nun mənzil-qərargahında Alyansın Hərbi Komitəsinin “Qətiyyətli dəstək” missiyası formatında Baş Qərargah rəisləri səviyyəsində keçirilən görüşündə iştirak edib. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Əfqanıstan Milli Müdafiə və Təhlükəsizlik Qüvvələri üçün təlim, dəstək və məsləhət məqsədilə NATO-nun rəhbərliyi altında aparılan “Qətiyyətli dəstək” missiyasının əməliyyat şəraiti və regional təhlükəsizlik məsələləri barədə müzakirələr aparılıb, həmçinin 2019-cu il və sonrakı dövrlərlə bağlı fikir və tövsiyələr dinlənilib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin