Fədayə Laçın apelyasiya şikayəti verdi


Digərləri 15 Yan 2019 15:22:37 509 0

Fədayə Laçın apelyasiya şikayəti verdi

Bakıda məhbusların nəzarət altından qaçmasında təqsirləndirilərək 5 il azadlıqdan məhrum edilən müğənni Fədayə Laçın və onunla birlikdə təqsirləndirilən 12 nəfər apelyasiya şikayəti verib.

Bakı. Samir Əi - Bakıda məhbusların nəzarət altından qaçmasında təqsirləndirilərək 5 il azadlıqdan məhrum edilən müğənni Fədayə Laçın və onunla birlikdə təqsirləndirilən 12 nəfər apelyasiya şikayəti verib. Bu barədə Trend-ə açıqlamasında F.Laçının vəkili Nurəngiz Qarayeva deyib. Vəkil bildirib ki, təqsirləndirilən şəxslər Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən narazı qaldıqları üçün hökmdən Bakı Apellyasiya Məhkəməsinə şikayət verib. Şikayət bu gün məhkəməyə təqdim olunub. Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə, Fədayə Laçın 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən Ceyhun Səmədov 9 il, Fuad Hacıyev 8 il 6 ay, Tural Poladxanov 8 il 6, Bəhruz Abdullayev 9 il, Əli Ağami 20 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Məhəmməd Hacıyev 7 il, Tərlan Zeynalov 7 il, Şahmar Əzizadə 7 il, Anar Əsgərov isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər.