Bakıda saxta qəbzlərlə pul yığılır: “Bunu edənlər BŞİHnin keçmiş əməkdaşlarıdır” VİDEO FOTO


Digərləri 15 Yan 2019 15:00:00 389 0

Bakıda saxta qəbzlərlə pul yığılır: “Bunu edənlər BŞİHnin keçmiş əməkdaşlarıdır”  VİDEO  FOTO

Bakıda parklanma yerlərində qeyri-qanuni olaraq sürücülərdən pul alınır. Bu ilin aprel ayından Bakıda parkomatlar ləğv edilsə də, qanunsuz fəaliyyət göstərilir. Ticarət mərkəzlərinin qarşısında, yolların kənarlarında, hətta binaların bir addımlığında belə, pul yığırlar.

Parkomatlara nəzarət edənlərin çoxu Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin keçmiş əməkdaşlarıdır. Yeni qaydalar görə isə dayanacaq ödənişləri Bakı Nəqliyyat Agentliyinin balansına veriləcək və hazırda təhvil-təslim işləri aparılır.

Son.az xəbər verir ki, BNA-nin mətbuat katibi Mais Ağayev musavat.com-a açıqlamasında bunu təsdiqlədi: "Hazırda parklanma yerlərinin idarə olunması ilə bağlı müvafiq qurumla təhvil-təslim işləri gedir. Qısa zamanda bu işlərin artıq yekunlaşması planlaşdırılır. Bundan sonra BNA bu sahədə tam yeni avtomatlaşdırılmış sistemə əsaslanan mexanizimlər tətbiq etməyi düşünür".

Belə nəticəyə gəlmək olar ki, hazırda parklanmaya görə tələb olunan bütün ödənişlər təhvil-təslim müddətinə kimi dondurulub, alınan ödənişlərin isə heç bir qanuni əsası yoxdur. Yığılan vəsaitlər kimlərinsə cibinə gedir. Yəni təhvil-təslim işləri aparılana kimi parklanmaya görə alınan ödənişlər qanunsuz hesab olunur.

Musavat.com-un əməkdaşı paytaxt ərazisində bir neçə parklama yerlərinə də baş çəkib.

Nizami rayonu ərazisində apardığımız müşahidə zamanı bir çox yerlərdə parkomatların yığışdırıldığının şahidi olduq. Öyrəndik ki, paytaxtın bir çox yerlərində də parkomatların yığışdırılması prosesinə başlanılıb, yeni aparatların quraşdırılması gözlənilir. Nəzarətçilərin dediyinə görə, guya əvvəlki parklanma aparatlarını saxlamaq baha başa gəlir. Beləliklə, dövlətin milyonlarla vəsaiti hesabına alınan aparatları kənara atıb, təzə avadanlıq almaq qərarına gəliblər.

Sürücülərdən hər saat üçün 50 qəpikdən, 2 manata qədər ödəniş tələb edilir. Bunun qarşılığında isə qəbz verilmir. Misal üçün, Nəsimi rayonu ərazində yerləşən "Təzə bazar"ın qarşısında avtomobilin parkı üçün 1 manat, "Oazis" restoranının qarşısındakı dayancaqda isə 2 manat tələb edilir. Yəni vətəndaş avtomobilinin 3-4 saatlıq parkı üçün 4-5 manat ödəməlidir. Tələb olunan ödənişi vermədikdə "qoluzorlular"ın təzyiqi ilə qarşılaşırsan. Bu səbəbdən də "Oazis" restoranının qarşısında dəfərlə nəzarətçilərlə qonaqlar arasında mübahisələr yaşanıb. Bir sözlə, özbaşınalıq... Bakıda dayanacaq nəzarətçiləri ləğv olunan post terminallarla istədikləri məbləği yazırlar. Üstəlik "qəbz" də verirlər. Sürücülər 1 manatın qarşılığında "0" manat ödəniş qeyd edilən qəbz alırlar. Qəbzdə ödənişin yazılmama səbəbini soruşduqda isə mübahisə edirlər. BŞİH-nin icazəsini əsas gətirərək, özlərinə haqq qazandırırlar.


Xəbərə aid fotolar