Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO toplantısında iştirak edəcək


Digərləri 15 Yan 2019 11:31:00 460 0

Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO toplantısında iştirak edəcək

Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO-nun Hərbi Komitəsinin Qətiyyətli Dəstək missiyası formatında keçiriləcək görüşdə iştirak etmək üçün Brüssel şəhərinə (Belçika Krallığı) yola düşüb.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, tədbir 15-16 yanvar tarixlərində NATO-nun Mənzil-Qərargahında Baş Qərargah Rəisləri səviyyəsində keçiriləcək.