Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO toplantısında iştirak edəcək


Digərləri 15 Yan 2019 10:21:00 439 0

Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO toplantısında iştirak edəcək

Nəcməddin Sadıkov NATO-nun Hərbi Komitəsinin Qətiyyətli Dəstək missiyası formatında keçiriləcək görüşdə iştirak etmək üçün Brüssel şəhərinə (Belçika Krallığı) yola düşüb.

Bakı. Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO-nun Hərbi Komitəsinin Qətiyyətli Dəstək missiyası formatında keçiriləcək görüşdə iştirak etmək üçün Brüssel şəhərinə (Belçika Krallığı) yola düşüb. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbir 15-16 yanvar tarixlərində NATO-nun Mənzil-Qərargahında Baş Qərargah Rəisləri səviyyəsində keçiriləcək. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin