NATO Estoniyada kibertəlimlər keçirir


Digərləri 29 Noy 2018 07:13:00 237 0

NATO Estoniyada kibertəlimlər keçirir

NATO Estoniyanın Tartu şəhərində "Kiberkoalisiya" adlı kibertəlimlər keçirir

Bakı. NATO Estoniyanın Tartu şəhərində "Kiberkoalisiya" adlı kibertəlimlər keçirir. Trend-in məlumatına görə, təlimlər "NATO ölkələrində kibermüdafiə üzrə mütəxəssislərin hazırlanması və onların NATO-nun şəbəkələrinin və ölkə şəbəkələrinin qorunması üzrə bacarıqlarının yoxlanılmasına yönəldilib. 11-ci dəfə keçirilən təlimlərdə NATO-nun üzv ölkələrindən, tərəfdaş ölkələrində, sənaye və elmi dairələrdən 700-ə yaxın insan iştirak edir.