NATO Rusiyanı Kerç boğazındakı vəziyyətə görə təhdid edib


Dünya 27 Noy 2018 07:38:00 271 0

NATO Rusiyanı Kerç boğazındakı vəziyyətə görə təhdid edib

Ukrayna bazar ertəsi Kerç boğazında baş vermiş hadisə ilə bağlı detallı məlumatları NATO-ya təqdim edib, Rusiya hərəkətlərinin fəsadlara səbəb olduğunu başa düşməlidir.

Son.az "Report"a istinadən bildirir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

Ukraynada hərbi vəziyyət haqqında danışan baş katib ümid etdiyini bildirib ki, o, seçkilər öncəsi demokratik proseslərə təsir etməyəcək.

"Ukrayna ötən gün baş verənlər barədə NATO-ya ətraflı məlumat verdi. Biz Ukrayna hökumətinə dəstəyimizi ifadə etmək üçün onlarla daim təmasdayıq. Dünən gördüklərimiz ciddi idi, çünki hərbi gücdən istifadə edildi. Bu, bölgədəki vəziyyəti gərginləşdirir", - deyə Stoltenberq səfirlər səviyyəsində keçirilən Ukrayna-NATO komissiyasının iclasının yekununda bildirib.