Sloveniya hərbçiləri şikayət edirlər: Norveçdə keçirilən təlimlər...


Digərləri 13 Noy 2018 11:10:00 285 0

Sloveniya hərbçiləri şikayət edirlər: Norveçdə keçirilən təlimlər...

Təlimlərin səhra hissəsinin keçirildiyi Folldalda havanın temperaturu +7 dərəcədən -23 dərəcəyə qədər dəyişir.

Bakı. NATO-nun Norveçdə keçirilən təlimlərində iştirak edən Sloveniya hərbi qulluqçuları uniformadan narazıdırlar. Trend-in məlumatına görə, təlimlərdə Sloveniya hərbçilərinə komandanlıq edən podpolkovnik Uroş Trinko bildirib ki, onun tabeliyində olan bir çoxları "Norveçin soyuğundan və rütubətindən qorumayan" geyimlərdən, xüsusilə çəkmələrdən şikayət ediblər. Sloveniyanın müdafiə naziri hərbçilərin şikayətinin ətraflı araşdırılacağını deyib. Qeyd edək ki, sloveniyalı hərbi qulluqçuların təlimlərdə geyindiyi çəkmələrin bir cütünün qiyməti 80 avrodur.