İranda yağış və qar həyatı iflic etdi


Digərləri 07 Noy 2018 14:57:00 312 0

İranda yağış və qar həyatı iflic etdi

İranda güclü qar və uçqun nəticəsində Kərəc-Çalus magistral yolu bağlanıb.

Bakı. Elnur Bağışov - İranda güclü qar və uçqun nəticəsində Kərəc-Çalus magistral yolu bağlanıb. Trend-in İranın yerli KİV-lərinə istinadən məlumatına görə, güclü qar Yasuc vilayətində də bir yolun bağlanması ilə nəticələnib. Şərqi Azərbaycan vilayətində isə güclü qar yolların sürüşkən və təhlükəli olmasına səbəb olub. Təbriz-Zəncan, Əhər, Kəleybər, Marağa-Həştrud, Əhər-Sambəran, Nəzər Kəhrizi aşırımlarında güclü qar və uçqun olması haqda məlumatlar var.