Ötən gecə Bakıdakı "selin" səbəbləri açıqlandı VİDEO


Digərləri 07 Noy 2018 14:43:00 305 0

Ötən gecə Bakıdakı "selin" səbəbləri açıqlandı  VİDEO

Ötən gecə Bakının Xətai rayonu, Əhmədli qəsəbəsində Ukrayna dairəsindən Nargilə istiqamətində küçəyə mənbəyi məlum olmayan sular axıdılıb.

Son.az xəbər verir ki, sakinlərin Trend-ə verdiyi məlumata görə, həmin ərazidən keçən kanalizasiya xətlərinin birinin partlaması nəticəsində çirkab sular yola axıb.

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məsələyə aydınlıq gətirib. O, Trend-ə açıqlamasında bildirib ki, küçəyə axıdılan çirkab sular olmayıb:

"Bir neçə gündür həmin ərazidə qışa hazırlıq işləri gedir. İstilik sistemlərinin hazırlıq vəziyyəti yoxlanılır. Küçəyə axan sular da istilik sistemlərindən çıxan sulardır".