NATO əsgərləri soyuqdan dondular


Dünya 27 Sen 2018 22:41:00 314 0

NATO əsgərləri soyuqdan dondular

Norveçdəki NATO təlimlərinə Hollandiyadan gələn əsgərlər şaxtada qış forması olmadan qalıb.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Hollandiya Silahlı Qüvvələri əsgərlərin ehtiyacı olan geyimləri almayıb. Buna görə də əsgərlər həmin geyimləri özləri almalı olacaq.

Niderland Müdafiə Nazirlyinin katibi Barbara Visserin sözlərinə görə, bu mövsümdə Norveçdə belə aşağı tempraturun olacağı nəzərə alınmayıb. O qeyd edib ki, Litvada payız təlimləri zamanı isti geyimə ehtiyac olmayıb.

Ölkənin parlamentində danışan Visser qeyd edib ki, əsgər özü öz hesabına isti geyim almamalıdır. Onlara 1000 avro məbləğində kompensasiya ödənilməlidir.