Bakıda NATO-nun təlim kursları keçirilib (FOTO)


Digərləri 27 Sen 2018 16:13:00 247 0

Bakıda NATO-nun təlim kursları keçirilib (FOTO)

Bakıda “NATO-nun əməliyyatların qiymətləndirilməsi” və “NATO-da təhlil və təcrübələrin öyrənilməsi” mövzularında təlim kursları keçirilib.

Bakı. Bakıda “NATO-nun əməliyyatların qiymətləndirilməsi” və “NATO-da təhlil və təcrübələrin öyrənilməsi” mövzularında təlim kursları keçirilib. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, təlim kursları nazirliyin NATO ilə 2018-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, Şimali Atlantika Alyansının Brunssumda yerləşən Birləşmiş Qüvvələr Komandanlığının və Portuqaliyada yerləşən Birləşmiş Təhlil və Təcrübələrin Öyrənilməsi Mərkəzinin mobil təlim qrupları tərəfindən təşkil olunub.