Azərbaycanda NATO Həftəsi keçiriləcək


Digərləri 07 Sen 2018 18:44:00 252 0

Azərbaycanda NATO Həftəsi keçiriləcək

Azərbaycanda NATO Həftəsi keçiriləcək

Bakı. Ləman Zeynalova - Azərbaycanda NATO Həftəsi keçiriləcək. Bu barədə Trend-ə təşkilatdan bildiriblər. Məlumatda qeyd olunur: “Biz Azərbaycanda NATO Həftəsi çərçivəsində sentyabrın 20-i “Qadınlar, sülh və təhlükəsizlik” mövzusunda konfransın keçirilməsi barədə Azərbaycanın təklifini alqışlayırıq”. NATO-dan bildiriblər ki, Azərbaycanla əməkdaşlıq 2017-2019-cu illər Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planında (IPAP) razılaşdırılıb. Qeyd olunub ki, bu plan NATO ilə Azərbaycan arasında sıx münasibətləri əks etdirən, gələcəyəyönümlü plandır: “Azərbaycan həmçinin qadınların təhlükəsizlik sahəsində fəal iştirakının təmin olunmasında fəaliyyətini aktivləşdirməyə hazır olduğunu bəyan edib. Azərbaycan NATO-nun dəyərli tərəfdaşıdır və bizim təhlükəsizlik problemləri üzrə sıx əməkdaşlıq tariximiz var. NATO Azərbaycanın Əfqanıstandakı missiyaya daimi töhfəsini, eləcə də Əfqanıstan milli təhlükəsizlik qüvvələrinin hazırlanmasında NATO-ya köməyi üzrə səylərini yüksək qiymətləndirir”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin