Hövsanda Quşçuluq kompleksinin direktoru cərimələnib


Digərləri 02 Avq 2018 09:16:00 342 0

Hövsanda Quşçuluq kompleksinin direktoru cərimələnib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Suraxanı rayonu, Hövsan kəndinin ərazisində fəaliyyət göstərən Quşçuluq kompleksindən ətrafa yayılan kəskin qaz qoxusunun gəlməsi ilə bağlı şikayət daxil olub.

Bakı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Suraxanı rayonu, Hövsan kəndinin ərazisində fəaliyyət göstərən Quşçuluq kompleksindən ətrafa yayılan kəskin qaz qoxusunun gəlməsi ilə bağlı şikayət daxil olub. Nazirlikdən Trend-ə verilən məlumata görə, Ətraf Mühit üzrə Milli Monitorinq və Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentlərinin mütəxəssisləri tərəfindən sözügedən ünvanda monitorinq və araşdırma aparılıb.