Qolu sınıq küçə süpürən qadın haqda


Digərləri 21 İyl 2018 12:14:00 313 0

Qolu sınıq küçə süpürən qadın haqda

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi son günlər qolu sarıqlı şəkildə Bakı küçələrini süpürməklə məşğul olan qadın haqqında məlumat yayıb. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə yazan qurumun mətbuat xidmətinin rəhbəri Fazil Talıblı qeyd edib ki, son günlər qolu sarıqlı şəkildə Bakı küçələrinin birində təsərrüfat işləri ilə məşğul olduğu iddia olunan və yayılan fotosu ictimaiyyət arasında rezonans doğuran yaşlı xanımın sosial müdafiəsi ilə bağlı çoxsaylı suallar gəlməkdədir: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları 77 yaşlı qadın - Alaverdova Nelya Mamedovna ilə görüşərək, onunla söhbət aparıblar.

Məlumat üçün bildirim ki, 1941-ci il təvəllüdlü Nelya Alaverdova 1997-ci ilin 5 may tarixindən yaşa görə əmək pensiyaçısıdır və hazırda 208,57 manat məbləğində aylıq əmək pensiyası alır. İşlədiyi Mənzil Kommunal Təsərrüfatı Birliyindən isə ayda 200 manatdan çox əmək haqqı alır. Nazirliyin əməkdaşları N.Alaverdovanın daimi yaşayış yerinin olmaması səbəbindən ona Dövlət Sosial Müdafiə Fondunun Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəsisəsində dövlət himayəsində yaşamağı təklif ediblər. Həmin müəssisədə müasir tələblərə uyğun yaşayış şəraiti mövcuddur. Lakin N.Alaverdova bundan imtina edib, hazırki məskunlaşdığı yerdən narazı olmadığını bildirib.