İki klub A Seriyasına vəsiqədən məhrum oluna bilər


İdman 16 İyl 2018 18:24:00 281 0

İki klub A Seriyasına vəsiqədən məhrum oluna bilər

İtaliyada növbəti mövsümdən etibarən A Seriyasında çıxış etməsi gözlənilən iki klubla bağlı məhkəmə prosesi keçiriləcək. Goal.az xəbər verir ki, Chievo və Parma elitaya buraxılmaya bilər.

Chievo bank hesablarının saxtalaşdırılmasında, Parma isə danışılmış oyunlarda iştirakda ittiham olunur.

Dövlət ittihamçısı hər iki komandanın ötən mövsüm topladığı xalların bir hissəsinin silinməsini təklif edir. Bu isə Chievo-nun liqada qalmaq uğrunda mübarizə aparan komandaların sırasına düşəcəyi, Parma-nın isə İtaliya A Seriyasına birbaşa vəsiqə verən yerdən məhrum olacağı deməkdir.